“Formula-1”in rəhbəri Stefano Domenikali 2025-ci il mövsümündə titul uğrunda mübarizədən danışıb.
İdman.Biz bildirir ki, “McLaren” pilotu Lando Norris hazırda ümumi sürücü sıralamasında 390 xalla birinci yerdədir.
“Əgər “Formula-1” tarixi bizə bir şey öyrədirsə, bu da hər şeyin mümkün olmasıdır. Bunu deməyə belə ehtiyac yoxdur. Bu, sadəcə bir faktdır. Maksın (Ferstappen) titul qazanmaq şansının olduğuna tamamilə əminəm. Bunu ona Braziliyadakı yarışdan sonra demişdim. Qarşıda üç yarış və bir sprint var və qazanılacaq çoxlu xal var. Buna görə də bunun mümkün olduğuna inanmasaydım, ona bunu deməzdim.
2007-ci ildə “Ferrari”də Raykkonenlə biz lider Lyuis Hemiltona iki yarış qalmış xeyli uduzurduq. Çində Lyuis pit-leyndə qəzaya uğradı. Heç kim bunun baş verəcəyini təsəvvür edə bilməzdi, amma Kimi çempionluğu bir xalla qazandı. Xüsusilə Las-Veqas kimi trasda gözlənilməz şeylər baş verir. Və etibarlılıq rol oynaya bilər”, - “F1Maximaal” Domenikalidən sitat gətirir.
“McLaren” pilotu Oskar Piastri 366 xalla ikinci yerdədir. İlk üçlüyü isə 341 xalla “Red Bull”"dan Maks Ferstappen tamamlayır.
