İT şirkəti “CrowdStrike”ın təsisçisi və baş direktoru Corc Kurts, Toto Volffun “Mercedes” “Formula-1” komandasındakı payının bir hissəsini əldə edəcək.
Bu barədə İdman.Biz “Autoracer”ə istinadən məlumat verir.
Bu, avstriyalı menecerin “Motorsports Investment Limited” şirkəti vasitəsilə sahib olduğu səhmlərin təxminən 5%-ni təşkil edir. Sazişin dəyəri 261 milyon avrodur və “Mercedes” komandasının dəyərini “Formula-1” üçün rekord səviyyəyə - təxminən 6 milyard dollara çatdırır.
Toto “Mercedes”in baş direktoru və sədri olaraq qalacaq və komandanın idarəetmə strukturu eyni qalacaq - nəzarət “Mercedes”, “Ineos” qrupu və Volffun özü arasında bölünəcək. Sazişin avstriyalıya komanda üzərində təsirini itirmədən ilkin investisiyasından mənfəət əldə etməyə imkan verəcəyi qeyd olunur.
