Keçən il Azərbaycan Qran-prisində qələbə qazanan Piastri yenidən favorit hesab olunur

Xəbərlər
6 Noyabr 2025 14:24
31
Keçən il Azərbaycan Qran-prisində qələbə qazanan Piastri yenidən favorit hesab olunur

“McLaren”in “Formula-1” pilotu Oskar Piastri son nəticələrdən sonra mövqeyini qaytarmaq üçün yeni şans əldə edən əsas namizədlərdən biri kimi göstərilir.

İdman.Biz xəbər verir ki, Meksika Qran-prisində çətin yarış keçirən Piastri çempionat liderliyini komanda yoldaşı Lando Norrisə verib.

Mövsümün böyük hissəsində lider olan avstraliyalı pilot hazırda Norrisdən cəmi bir xal geridədir və mövsümdə dörd yarış qalır.

Meksikada Norris ikinci yeri tutan Maks Ferstappendən 30 saniyədən çox fərqlə finişə öndə gəlib və hazırda temp onun tərəfində görünür.

Bununla belə, “Formula-1” mütəxəssisi Kris Medlend vəziyyətin dəyişə biləcəyinə inanır.

“İki “McLaren” pilotu arasında sona qədər mübarizə gözləyirəm. Məncə, Oskarın şansı daha çoxdur. O, temp düşməsinə baxmayaraq daha stabil təsir bağışlayır. Piastri psixoloji cəhətdən də daha sabitdir, səhvlərindən çox tez nəticə çıxaran pilotdur. Hələ “Formula-1”də üçüncü ilidir və artıq çempionluq yolundadır. Norris isə təzyiq altında daha dəyişkən olur”, - Medlend deyib.

Bu arada bəzi mütəxəssislər “McLaren”in çempionluq uğrunda bir pilotu “bir nömrə” kimi seçəcəyini düşünürlər.

Lakin klubun baş icraçı direktoru Zek Braun bu variantı qəti rədd edib:

“Biz sürücülərdən birini seçməkdənsə, uduzmağı üstün tutarıq”.

Xatırladaq ki, 2023-cü ildə “McLaren” komandasının tərkibində “Formula-1”də debüt edən Piastri ilk qələbəsini 2024-cü il Macarıstan Qran-prisində, ikinci qələbəsini isə 2024-cü il Azərbaycan Qran-prisində qazanıb.

İdman.Biz