Oskar Piastri: “Əgər o yarışda çıxış etməsəydim, bu gün "Formula - 1"də olmazdım"

Xəbərlər
3 Noyabr 2025 06:16
43
Oskar Piastri: “Əgər o yarışda çıxış etməsəydim, bu gün "Formula - 1"də olmazdım"

“McLaren” komandasının 24 yaşlı avstraliyalı pilot Oskar Piastri karyerasında həyatını dəyişən ən önəmli yarışı açıqlayıb.

İdman.Biz "Sportskeeda"ya istinadən xəbər verir ki, o, Avropada qatıldığı ilk yarışdan danışıb:

“Karyeramı dəyişən yarış 2014-cü ildə Avropada keçirdiyim ilk yarış - "IAME International" finalı idi. Valideynlərim sadəcə mənim bu səviyyədə bacarığımı görmək istəyirdilər və məni ora göndərdilər. Finalda 21-ci yerdən start götürüb üçüncü oldum. Bu, həm mənim, həm də valideynlərimin gözlədiyindən qat-qat yaxşı nəticə idi".

Təcrübəli pilot əlavə edib ki, növbəti il bir neçə dəfə Avropada yarışıb: "Bir il sonra tamamilə Avropaya köçdüm. Əgər o yarışda belə yaxşı çıxış etməsəydim, yəqin ki, bu gün "Formula -1"də olmazdım".

İdman.Biz