“Racing Bulls” sürücüsü Liam Louson soyuducu jiletlərdən istifadə tələbi barədə danışıb.
İdman.Biz bildirir ki, jilet ideyası bir çox sürücülərin tibbi yardıma müraciət etməsinə səbəb olan 2023-cü il Sinqapur yarışından sonra vüsət alıb.
“Əgər onları daim geyinməyə məcbur etsələr, çox məyus olardım. Narahat olsaq, bunun heç bir mənasını görmürəm. Buna həqiqətən ehtiyac yoxdur. Zamanla inkişaf edən başqa şeylər də var. Halo həyatları xilas edir, HANS. Əlbəttə ki, bu şeylər sürücü təhlükəsizliyi üçün çox vacibdir.
Düşünmürəm ki, soyuducu jiletlər eyni şey deyil. Biz bu avtomobilləri idarə etmək üçün çox, çox səylə məşq edirik və düşünmürəm ki, əksəriyyətimiz onlara ehtiyac duyur, bəs niyə bizi məcbur edirlər? Əgər bu, zəruri deyilsə, mən ondan istifadə etməyəcəyəm”, - “RacingNews365” Lousondan sitat gətirir.
