Lando Norris Mixael Şumaxerin unikal nailiyyətini təkrarlayıb

Xəbərlər
1 Noyabr 2025 13:39
42
Lando Norris Mixael Şumaxerin unikal nailiyyətini təkrarlayıb

25 yaşlı britaniyalı “Formula-1” pilotu, “Mclaren” komandasının sürücüsü Lando Norris 2025 mövsümündə Meksika Qran-prisində qazandığı qələbədən sonra əfsanəvi yeddiqat dünya çempionu Mixael Şumaxerdən sonra tarixdə fərqli traslarda 10 Qran-prini qazanan ikinci pilot olub.

İdman.Biz bu barədə “Championat” nəşrinə istinadən məlumat yayıb.

Məlumatda həmçinin qeyd olunur ki, Norris və Şumaxerin uğurları arasında iki oxşarlıq var - onların hər ikisi altıncı qələbəsini Monakoda, doqquzuncusunu isə Macarıstanda əldə edib.

İdman.Biz