Britaniyalı pilot “Formula-1” üzrə Meksika Qran-prisinin qalibi oldu

Xəbərlər
27 Oktyabr 2025 09:52
45
Britaniyalı pilot “Formula-1” üzrə Meksika Qran-prisinin qalibi oldu

“McLaren” komandasının britaniyalı pilotu Lando Norris “2025 "Formula-1” dünya çempionatının XX turu olan Meksika Qran-prisinin qalibi olub.

İdman.Biz xəbər verir ki, “Ferrari” komandasının sürücüsü Şarl Lekler yarışı ikinci, “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen isə üçüncü yerdə tamamlayıb.

Beləliklə, Lando Norris 357 xal toplayaraq dünya çempionatının ümumi cədvəlində birinci yerə yüksəlib.

O, Meksika Qran Prisində beşinci yeri tutan avstraliyalı komanda yoldaşı Oskar Pisatrini qabaqlayıb. Piastrinin hazırda 356 xalı var. Maks Verstappen 321 xalla üçüncüdür.

İdman.Biz

Məqalədə: