“Ferrari” “296 GTB”nin bazasında unikal idman avtomobilini nümayiş etdirib - FOTO

Xəbərlər
21 Oktyabr 2025 04:11
43
“Ferrari” “296 GTB”nin bazasında unikal idman avtomobilini nümayiş etdirib - FOTO

“Ferrari” şirkəti xüsusi sifarişlə və cəmi 1 nüsxə hazırlanmış SC40 superkarını təqdim edib.

İdman.Biz xəbər verir ki, məlumata görə, yeni avtomobil “Ferrari 296 GTB”nin bazası əsasında hazırlanıb və şirkətin xüsusi layihələr proqramının bir hissəsidir.

Avtomobilin eksteryerini “Ferrari”nin baş dizayneri Flavio Manzoni hazırlayıb. Onun işinə 296 GTB, “Ferrari F80”, “12-Cilindri”, “LaFerrari” və bir çox digər “Ferrari” modelləri daxildir. Avtomobilin adı SC40, Manzonini ilhamlandıran əfsanəvi “Ferrari F40”a istinad edir.

SC40 kəskin bucaq xətlərindən tədricən hamar səthə keçən tamamilə yenidən işlənmiş korpusa malikdir. Avtomobil uzun, alçaq kapotu, qısa arxa çıxıntısı və böyük sabit arxa qanadı ilə seçilir. Yaradıcıların fikrincə, yenilənmiş korpus sayəsində “SC40” “296 GTB”dən 10% daha çox güclüdür.

“Ferrari SC40” “296 GTB”dən şassini və V6 üç litrlik tvin-turbo əsasında 610 kVt (830 at gücü) hibrid güc aqreqatını miras alır. Daxili yanma mühərriki 488 kVt (663 at gücü), elektrik mühərriki isə əlavə olaraq 123 kVt (167 at gücü) istehsal edir. Hibrid səkkiz pilləli iki muftalı transmissiya ilə komplekləşdirilir.

Daha aqressiv və təkmil aerodinamikasına baxmayaraq, “Ferrari SC40”ın sürət performansını “296 GTB” ilə müqayisə etmək olar: avtomobil 100 km/saat sürəti 2,9 saniyəyə yığır. Onun maksimal sürəti saatda 330 km-dən çoxdur.

Avtomobilin hansı müştəri üçün yaradıldığı, eləcə də onun qiyməti açıqlanmır.

İdman.Biz