“Apple” artıq “Formula-1”in rəsmi yayımçısıdır

Xəbərlər
17 Oktyabr 2025 18:45
29
“Apple” artıq “Formula-1”in rəsmi yayımçısıdır

“Apple” beş il ərzində ABŞ-da “Formula-1” yarışlarının yayımlanması hüququnu əldə edib.

İdman.Biz bu barədə çempionatın mətbuat xidmətinə istinadən məlumat verir.

Müqavilənin ümumi dəyəri təxminən 750 milyon dollar qiymətləndirilir.

2026-cı ildən “Formula-1” yarışları bütün “Apple TV” abunəçiləri üçün əlçatan olacaq. Bu, şirkətin idman tədbirlərini bu şəkildə yayımlamaq qərarına gəldiyi ilk hadisədir.

“Apple” artıq ABŞ-ın yüksək divizion futbol liqasının oyunlarını yayımlayır, lakin abunəçilərdən bu yayımlar üçün əlavə ödəniş alır.

“Bu, həm “Formula-1”, həm də “Apple” üçün inanılmaz dərəcədə maraqlı tərəfdaşlıqdır və bu, bizə düzgün məzmun və innovativ paylama kanalları vasitəsilə ABŞ-da böyümə potensialımızı daha da artırmağa imkan verəcək”, - “Formula-1”in baş direktoru Stefano Domenikali bildirib.

İdman.Biz