Norris “Red Bull” barədə: “Onlar həmişə şikayətlənirlər”

Xəbərlər
5 Oktyabr 2025 08:08
31
Norris “Red Bull” barədə: “Onlar həmişə şikayətlənirlər”

“Maklaren” komandasının sürücüsü Lando Norris Sinqapur Qran-prisində təsnifat turundan sonra “Red Bull” komandasının sürücüsü Maks Ferstappenin ondan etdiyi şikayətlər barədə danışıb.

İdman.biz bildirir ki, Sinqapur Qran-prisinin təsnifat turunda ən sürətli vaxtı “Mersedes”dən Corc Rassel göstərib. Maks Ferstappen (“Red Bull”) ikinci, Oskar Piastri (“Maklaren”) üçüncü olub.

"Onlar həmişə şikayətlənirlər. Hər şeydən şikayət edirlər. Bu “Red Bull”dur. Heç bilmirəm. Təxminən üç saniyə irəlidə idim, nə baş verdiyini anlaya bilmirəm”, - Norris deyib.

İdman.biz