Lando Norris və Şarl Leklerin bolidləri toqquşub - FOTO

Xəbərlər
3 Oktyabr 2025 18:32
31
Lando Norris və Şarl Leklerin bolidləri toqquşub - FOTO

Lando Norris (“Maklaren) və Şarl Lekler (“Ferrari”) Sinqapur Qran-prisi öncəsi ikinci test zamanı xoşagəlməz insident yaşayıblar.

İdman.biz bildirir ki, Lekler pit-boksdan çıxarkən, Norris isə sürətli zolaqla hərəkət edərkən maşınlar toqquşub.

Norris toqquşmadan qaçmaq istəyərkən, bolidini pit-leyni trasdan ayıran divara da vurub, nəticədə maşının ön qanadına cüzi ziyan dəyib.

İdman.biz