Oliver Bermen: “Bakı mərhələsi çox çətin həftəsonu nümunəsidir”

Xəbərlər
2 Oktyabr 2025 23:21
37
Oliver Bermen: “Bakı mərhələsi çox çətin həftəsonu nümunəsidir”

“Haas” komandasının pilotu Oliver Bermen bildirib ki, Azərbaycan Qran-prisində sıralama turunda etdiyi səhv onun yanaşmasına təsir etməyəcək.

İdman.biz-in məlumatına görə, “Formula-1 Azərbaycan Qran-prisi”ndə çox yüksək temp nümayiş etdirən Bermen kiçik səhv ucbatından 2-ci seqmentdə qəzaya uğrayıb və nəticədə yarışda xal toplaya bilməyib.

"Yay fasiləsindən qayıtdıqdan sonra mənim performans səviyyəm kifayət qədər yaxşı idi. Ümumilikdə, yarış həftəsonlarını pis keçirmədim. Amma Bakı mərhələsi çox çətin həftəsonu nümunəsidir.

Mən çətin ki, həmin təsnifata yanaşmamı dəyişim, çünki bunun səhv olduğunu düşünmürəm. Söhbət daha çox indiki şəraitdə uğursuzluqdan və bir-iki santimetr fərqdən gedir”, - deyə Bermen bildirib.

İdman.biz