ABŞ-li keçmiş DJ-dən “Tottenhem”i almaq üçün REKORD MƏBLƏĞ

Xəbərlər
26 Sentyabr 2025 14:11
41
ABŞ-li keçmiş DJ-dən “Tottenhem”i almaq üçün REKORD MƏBLƏĞ

ABŞ-li iş adamı, keçmiş DJ Bruklin Eyirik və tərəfdaşları “Tottenhem”in tam satın alınması üçün hazırkı sahiblər – ENIC şirkəti və Lyuis ailəsinə təkliflərini irəli sürüblər.

İdman.biz xəbər verir ki, konsorsium rəsmiləri kluba görə 5,1 milyard avro xərcləməyə hazır olduqlarını bildiriblər.

Biznesmenlər bu məbləğin 1,36 milyard avrosunu artıq yaxın transfer pəncərəsində ödəməyə razı olduqlarını vurğulayıblar.

Əgər saziş həyata keçsə, bu alış 2022-ci ildə “Todd Bouli” qrupunun “Çelsi”ni 4,8 milyard avroya alması ilə müəyyən edilmiş rekord məbləği aşacaq.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının ilk beş turundan sonra “Tottenhem” 10 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

İdman.biz

Məqalədə: