Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyada klubunu dəyişdiyinə görə peşmandır.
İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, 28 yaşlı hücumçunun “Kayzerslautern”in heyətində son matçlarda forma şansı əldə edə bilməməsi bu qərara səbəb olub.
Forvardın komandanın baş məşqçisi Torsten Liberknextlə münasibətləri də yaxşı deyil. Alman mütəxəssis oyunçunun heyətdə yer alması üçün çox çalışmalı olduğunu düşünür.
Emreli “Nürnberq”dəki günlərini axtarır. O, sabiq komandasının II Bundesliqanın VI turunda “Bohum”a qalib gəldiyi (2:1) matçı da izləyib və klubu soyuqqanlılıqla azarkeş kimi alqışlayıb.
Qeyd edək ki, 2024/2025 mövsümündə “Nürnberq”də çıxış edən Mahir Emreli cari mövsümün əvvəlində “Kayzerslautern”ə keçib.