Levandovski qol sayında Neymara çatdı

Xəbərlər
26 Sentyabr 2025 10:14
28
Levandovski qol sayında Neymara çatdı

İspaniya çempionatının VI turunda “Ovyedo” ilə oyunda (3:1) fərqlənən Robert Levandovski “Barselona”da 105-ci qolunu vurub.

İdman.biz xəbər verir ki, bu göstərici ilə polşalı hücumçu Kataloniya təmsilçisinin sabiq braziliyalı hücumçusu Neymarın nəticəsinə çatıb.

Levandovski 2022-ci ildən “Barselona”da çıxış edir. Onun klubla müqaviləsi 2026-cı ilə qədər qüvvədədir. Hazırda futbolçunun transfer dəyəri 12 milyon avro civarında qiymətləndirilir.

Qeyd edək ki, “Barselona” La Liqanın turnir cədvəlində 16 xalla 2-ci pillədə qərarlaşıb. Komanda növbəti turda - sentyabrın 28-də “Real Sosyedad”ı qəbul edəcək.

İdman.biz