“Neftçi”nin yeni transferi BAKIDA

Xəbərlər
25 Sentyabr 2025 12:21
61
“Neftçi”nin yeni transferi BAKIDA

“Neftçi” tezliklə yeni transferin açıqlayacaq. Nigeriyalı yarımmüdafiəçi İfeanyi Metyu artıq Bakıdadır.

İdman.biz futbolinfo.az-a istinadən xəbər verir ki, 28 yaşlı oyunçu ilə danışıqlar müsbət yekunlaşıb.

Dünən “Neftçi”də tibbi baxışdan keçən legionerin keçidi bu gün, ən geci sabah rəsmən açıqlanacaq.

Yay fasiləsində İsveçrənin “Sürix” klubundan ayrılan və hazırda azad agent statusu daşıyan afrikalı “Nefçi”nin təklifini müsbət cavablandırıb. Tərəflər bir illik müqavilə ilə bağlı razılığa gəlib.

Qeyd edək ki, 2016-cı ildə Nigeriyadan Avropaya köçən İfeanyi Metyu həmin vaxtdan bəri “Lilleström” (Norveç), “Osmanlıspor” (Türkiyə) və “Sürix”də (İsveçrə) çıxış edib.

İdman.biz