“Sabah”ın hücumçusu: “Sumqayıt"la oyun asan olmayacaq”

Xəbərlər
24 Sentyabr 2025 10:38
43
“Sabah”ın hücumçusu: “Sumqayıt"la oyun asan olmayacaq”

"Matç çox çətin keçdi. Bu rəqiblə hər oyunumuz ağır keçir".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında "Sabah"ın futbolçusu Pavol Şafranko deyib.

Hücumçu "Turan Tovuz"a qalib gəldikləri Misli Premyer Liqasının V turunun oyunu ilə bağlı fikirlərini bölüşüb: "Rəqib çox yaxşı təşkilatlanmış komandadır. Bu oyunda komanda olaraq yaxşı çıxış etdiyimizi düşünürəm. Oyunun əvvəlindən sonuna kimi düzgün enerjiyə sahib idik. Məncə, biz daha üstün idik və layiq olduğumuz qələbəni qazandıq. Oyunda qol vurduğum üçün şadam. Amma ən vacib olan komandanın qələbəsidir"

O, VI turda "Sumqayıt"a qarşı keçirəcəkləri qarşılaşmaya da toxunub: "Biz hər oyuna qələbə üçün çıxırıq. "Sumqayıt"la oyun da asan olmayacaq. Meydana qalib gəlmək üçün çıxacağıq. Üç xal əldə etmək üçün həftə ərzində özümüzü bu oyuna çox yaxşı hazırlamalıyıq".

İdman.biz