"Joze Mourinyonun son davranışlarını doğru saymıram".
İdman.biz xəbər verir ki, bunu Sportnet.az-a açıqlamasında "Sumqayıt"ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Vaqif Cavadov deyib.
36 yaşlı mütəxəssisin fikrincə, Mourinyonun Türkiyənin ən köklü və öndə gedən klubu "Fənərbaxça" barədə o cür danışması etik deyil: "Mətbuatdan oxuduqlarım məni məyus etdi. "Fənərbaxça"nın tarixi var, böyük klubdur. Ona görə də bu yöndə bir qədər şaşqınlıq hiss etdim".
Qeyd edək ki, Joze Mourinyo "Fənərbaxça"da çalışmasının səhv qərar olmasını, klubun səviyyəcə ondan aşağı olduğunu bildirib. O, hazırda Portuqaliya "Benfika"sının baş məşqçisidir. "Benfika" Çempionlar Liqasının pley-off mərhələsində Türkiyə komandasını üstələsə də (1:0, 0:0), Liqa mərhələsinin ilk turunda evdə "Qarabağ"a uduzub - 2:3. Bu nəticədən sonra baş məşqçi Bruno Laji istefaya göndərilib və onu Mourinyo əvəzləyib.
İdman.biz