Nəriman Axundzadə ilin ən yaxşı futbolçusu seçildi

Xəbərlər
24 Dekabr 2025 12:13
74
Nəriman Axundzadə ilin ən yaxşı futbolçusu seçildi

2025-ci ilin yekunlarına əsasən Cənub Regional Futbol Federasiyası futbol mövsümünə yekun vurub və bir sıra nominasiyalar üzrə qalibləri müəyyənləşdirib.

İdman.Biz xəbər verir ki, ilin ən yaxşı futbolçusu adına “Qarabağ” klubunun hücumçusu Nəriman Axundzadə layiq görülüb.

İlin ən yaxşı qadın futbolçusu nominasiyasında Azərbaycan qadın millisinin üzvü Sevinc Cəfərzadə qalib olub. “İlin futbol adamı” adına isə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov layiq görülüb.

Mətbuat nümayəndələri arasında ən fəal media təmsilçiləri kimi Kənan Məstəliyev və Orxan Subhan fərqləndirilib. İlin ən yaxşı futzal komandası nominasiyasında isə “Xan Lənkəran” klubu qalib elan edilib.

İdman.Biz