Aleks Ferqyuson: “Hələ 17 yaşında Ronaldunun xüsusi futbolçu olduğu görünürdü”

Xəbərlər
24 Dekabr 2025 11:36
75
Aleks Ferqyuson: “Hələ 17 yaşında Ronaldunun xüsusi futbolçu olduğu görünürdü”

“Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyuson Kriştianu Ronaldu ilə münasibətlərindən danışıb və İngiltərə klubunda birgə çalışdıqları dövrü xatırlayıb.

İdman.Biz xəbər verir ki, 83 yaşlı mütəxəssisin fikrini “Press Box PR” dərc edib.

A. Ferqyusonun sözlərinə görə, portuqaliyalı ulduzun hələ 17 yaşında xüsusi səviyyəli futbolçu olduğu aydın görünürdü. O, portuqaliyalı hücumçunun yalnız futbol keyfiyyətlərini deyil, eyni zamanda daim daha yaxşı olmağa can atmasını da vurğulayıb.

“Bəzən istisna futbolçularla yolun kəsişir. O, 17 yaşında olanda artıq onda xüsusi nəsə olduğu bəlli idi – təkcə bacarıqları deyil, həm də ən yaxşı olmağa olan istəyi” – deyə Ferqyusonun bildirib.

Kriştianu Ronaldu 2003-2009-cu illərdə A. Ferqyusonun rəhbərliyi altında “Mançester Yunayted”in formasını geyinib. Hazırda hücumçu Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun şərəfini qoruyur.

İdman.Biz