“Barselona”nın futbolçusu Lamin Yamal və “PSJ”nin oyunçusu Usman Dembele hələ ki, 2025-ci ilin “Qızıl top” mükafatının sahibini bilmir.
İdman.biz-in verdiyi məlumata görə, bu barədə COPE nəşrinin jurnalisti Helena Kondis Edo sosial şəbəkə X-də açıqlama verib.
Qeyd edək ki, əvvəllər mediada mükafatın Yamala veriləcəyi barədə məlumatlar yayılmışdı.
69-cu “Qızıl top” mərasimi bu gün, 22 sentyabr tarixində, Parisin Şatle teatrında keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Xatırladaq ki, tarixdə dördüncü dəfə olaraq mükafat ilin deyil, mövsümün nəticələrinə əsasən təqdim olunacaq (1 avqust 2024 – 13 iyul 2025). Səsvermədə FİFA-nın aktual top-100 reytinqinə daxil olan ölkələrin idman jurnalistləri iştirak ediblər.
İdman.biz