Futbol üzrə Azərbaycan II Liqasında 3-cü turun oyunları baş tutub.
İdman.biz bildirir ki, "Quba" öz meydanında liderlər qrupunda olan "Şəmkir"i qəbul edib.
Oyun 1:0 hesabı ilə meydan sahiblərinin 1:0 hesablə qələbəsi ilə başa çatıb. Yeganə topun müəllifi 46-cı dəqiqədə Vidadi Cəfərov olub.
Binə qəsəbə stadionunda keçirilən "Dinamo" - "Ağdaş" qarşılaşması 3:0 hesabı ilə qonaqların xeyrinə qurtarıb. Qolları 80 və 83-cü dəqiqələrdə Ülvi Sarıyev, 90+3-də isə Yusif Yusifzadə vurublar.
Turun digər görüşündə "Şirvan"la "Göygöl" güclərini sanıyıblar. Cavid Nəcizadənin 73 və 85-ci dəqiqələrdəki qolları "Şirvan"a qələbə gətirib - 2:0.
Turun digər üç görüşü sabah oynanılacaq.
İdman.biz