“Barselona” və “Real”ın ulduzları “Qızıl Top” mərasimində iştirak etməyəcəklər

Xəbərlər
22 Sentyabr 2025 06:09
41
“Barselona” və “Real”ın ulduzları “Qızıl Top” mərasimində iştirak etməyəcəklər

“Barselona”nın futbolçuları Pedri və Robert Levandovski, eləcə də “Real”ın oyunçuları Fransada keçiriləcək “Qızıl Top” mükafatının təqdimetmə mərasimində iştirak etməyəcəklər.

İdman.biz İspaniya mətbuatına istinadən xəbər verir ki, Pedri və Levandovski özlərini favorit hesab etmədikləri üçün tədbirə qatılmamağa qərar veriblər.

Pedri rəhbərliyə bildirib ki, sıx qrafikdə formasının qorunması üçün istirahət etmək istəyir.

“Real”ın ulduzu Kiliyan Mbappe də tədbirə qatılmayacaq. O, mərasimi televizordan izləyəcəyini və həmyerlisi Usman Dembeleni (PSJ) dəstəkləyəcəyini bildirib.

Qeyd edək ki, qadın futbolçular arasında “Qızıl Top”a namizəd olan “Barselona”nın bir neçə ulduzu da diqqət çəkir: Aitana Bonmati, Aleksia Putelyas, Karolin Qrem Hansen, Patri Giharro, Eva Payor, Klaudiya Pina, Viki Lopes və Kata Koll.

İdman.biz