"İmişli"dən ilk: 54-cü oldu

Xəbərlər
20 Sentyabr 2025 16:50
39
"İmişli"dən ilk: 54-cü oldu

“İmişli” Misli Premyer Liqasında ilk böyükhesablı qələbəsini qazanıb.

İdman.biz xəbər verir ki, bu, V turun “Karvan-Yevlax”la matçına təsadüf edib.

Jorje Kaşkilyanın yetirmələri səfərdə üç cavabsız qol vurublar. İmişlinin eyniadlı klubu yarışın tarixinə böyükhesablı qələbə sevinci yaşayan 54-cü komanda kimi düşüb. İndiyədək çempionatda oynamış klublardan yalnız 9-u belə qələbə əldə etməyib.

Qeyd edək ki, “Karvan-Yevlax” ikinci böyükhesablı məğlubiyyətini alıb.

İdman.biz