FIFA reytinqi: Azərbaycan millisi iki pillə geriləyib

Xəbərlər
18 Sentyabr 2025 13:38
61
FIFA reytinqi: Azərbaycan millisi iki pillə geriləyib

FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması əvvəlki göstərici ilə müqayisədə 2 pillə geriləyib.

Hazırda millimiz 1148.09 xalla 124-cü yerdə qərarlaşıb.

Siyahıya 1875.37 xalla İspaniya başçılıq edir.

Qeyd edək ki, 2026-cı il dünya çempionatının seçmə mərhələsində Azərbaycanın rəqiblərindən Fransa ikinci pilləyə yüksəlib. Digər rəqiblərdən Ukrayna 1543.06 xalla 28-ci yerə enib, İslandiya isə 1343.09 xalla 74-cü yerdə qalıb.

İdman.biz