Braziliyalı futbolçu Duqlas Kosta karyerasındakı növbəti dəyişikliklə gündəmdədir.
İdman.biz xəbər verir ki, 35 yaşlı vinger Avstraliyanın “Sidney” klubu ilə yollarını ayırıb.
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Kosta 2024-cü ilin yayında qoşulduğu “Sidney”də cəmi bir mövsüm keçirdikdən sonra komandadan ayrılıb.
Qeyd edək ki, zəngin karyerası ərzində Kosta Avropanın və Cənubi Amerikanın tanınmış klublarında çıxış edib. O, “Şaxtyor”, “Bavariya”, “Yuventus”, “Fluminense” və MLS təmsilçisi “LA Galaxy” kimi komandaların formasını geyinib. Braziliya millisində isə 31 oyunda meydana çıxıb və 3 qola imza atıb.
"Transfermarkt" portalının məlumatına görə, hazırda futbolçunun bazar dəyəri 650 min avro səviyyəsindədir.
İdman.biz