Çempionlar Liqası: "Kayrat"dan uğursuz start, "Qarabağ"ın rəqibinin məğlubiyyəti - VİDEO

Xəbərlər
19 Sentyabr 2025 01:08
270
Çempionlar Liqası: "Kayrat"dan uğursuz start, "Qarabağ"ın rəqibinin məğlubiyyəti - VİDEO

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində I turun son oyunları keçirilib. Turnirdə ümumilikdə 6 qarşılaşma baş tutub.

İdman.biz xəbər verir ki, “Qarabağ”ın qrupdakı rəqiblərindən “Napoli” səfərdə “Mançester Siti” ilə qarşılaşıb.

Oyunun 21-ci dəqiqəsində Di Lorensonun meydandan çıxarılmasından sonra italyanlar görüşü azlıqda davam etdiriblər. 56-cı dəqiqədə Haland meydan sahiblərini irəli çıxarıb - 1:0. 65-ci dəqiqədə Doku ikinci topu "Napoli"nin qapısından keçirməyə müvəffəq olub - 2:0. Oyun bu hesabla başa çatıb.

Digər oyunlarda isə “Kopenhagen” öz meydanında Almaniyanın “Bayer 04” klubunu qəbul edib. Meydan sahiblərinin iki dəfə hesbda irəli çıxmalarına baxmayaraq, oyun 2:2 hesabı ilə başa çatıb.

"Brügge" öz meydançasında "Monako"ya böyük hesabla qalib gəlib - 4:1.

Almaniyanın digər təmsilçisi “Ayntraxt” isə İstanbulun “Qalatasaray” komandasını sınağa çəkib. Görüş İstanbul klubunun darmadağını ilə qurtarıb - 5:1.

"Barselona" İngiltərədə "Nyukasl"ın qonağı olub. Bu oyunda ilk hissə qolsuz başa çatıb. İkinci hissədə 58-ci dəqiqədə Reşford qonaqları irəli çıxarıb. 57-ci dəqiqədə Reşford görüşdə özünün ikinci topuna imza atıb. 90-cı dəqiqədə Qordan hesab arasındakı fərqi azaldaraq oyunda son nöqtəni qoyub - 1:2.

Və nəhayət turniirn debütantı "Kayrat" Portuqaliyada "Sportinq"lə qarşılaşıb. Oyunun 10-cu dəqiqəsində "Kayrat"ın qapıçısı Şerxan Kalmurza Hyulmandın vurduğu penaltini qaytarıb.

Portuqaliyalılar öz istəklərinə 44-cü dəqiqədə çatıblar. Trinçao "Sportinq"i irəli çıxarıb - 1:0. İlk yarı bu hesabla bitib. 64-cü dəqiqədə Trinçao oyunda özünün ikinci qolunu vurub. Bundan iki dəqiqə sonra Santos üçüncü topu qonaqların qapısından keçirib. Daha iki dəqiqə sonra Kuenda hesabı 4:0-a çatdırıb. 86-cı dəqiqədə Edmilson buraxılan toplardan birinin əvəzini çıxa bilib - 4:1. Oyun bu hesabla bitib.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi
I tur

18 sentyabr

20:45. "Brügge" (Belçika) - "Monako" (Fransa) - 4:1

Qollar: Tresoldi (32), Onyedika (39), Vanaken (42), Diahon (75); Fati (90+1)

20:45. "Kopenhagen" (Danimarka) - "Bayer 04" (Almaniya) - 2:2

Qollar: Larsson (9), Robert (87); Qrimaldo (82), Hatzidiakos (90+1, aq)

23:00. "Mançester Siti" (İngiltərə) - "Napoli" (İtaliya) - 2:0

Qollar: Haland (58), Doku (65)

23:00. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Qalatasaray" (Türkiyə) - 5:1

Qollar: Sançes (37, aq), Can Uzun (45+2), Burxardt (45+4, 66), Knauf (75); Yunus Akgün (8)

23:00. "Sportinq" (Portuqaliya) - "Kayrat" (Qazaxıstan) - 4:1

Qollar: Trinçao (44, 64), Santos (66), Kuenda (68); Edmilson (86)

23:00. "Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya) - 1:2

Qollar: Qordon (90); Reşford (58, 67)

İdman.biz