"Qarabağ"ın legioneri ölkəsinin tarixinə düşüb

Xəbərlər
17 Sentyabr 2025 17:34
49
"Qarabağ"ın legioneri ölkəsinin tarixinə düşüb

"Qarabağ"ın futbolçusu Leandro Andrade Kabo Verdenin tarixinə düşüb.

İdman.biz Prosport.Az-a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi buna Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə yendikləri Çempionlar Liqasının Liqa mərhələsinin ilk tur matçında nail olub.

30-cu dəqiqədə fərqlənən Andrade Kabo Verdenin Çempionlar Liqasında qol vuran ilk futbolçusu olub.

Bu ölkə Qərbi Afrikada yerləşir və 1975-ci ildə Portuqaliyadan ayrılaraq, müstəqilliyini elan edib. Ərazisi 4033 kvadrat kilometr (dünyada 176-cı), əhalisi 525 min nəfər, (dünyada 173-cü), dili portuqalcadır.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində indiyədək 5 qol vurub. Bunların hamısı legionerlərin payına düşüb. İlk dəfə 2017/2018 mövsümündə qrup mərhələsində iştirak etdiyi vaxt Azərbaycan klubu 2 qol vurub. Həmin qolların müəllifləri braziliyalı Pedro Enrike və ispaniyalı Miçel olub. Bu mövsüm "Benfika" ilə qarşılaşmada isə Leandro Andradedən əlavə, kolumbiyalı Kamilo Duran və ukraynalı Oleksiy Kaşuk fərqlənib.

İdman.biz