Azərbaycan millisi Maltaya məğlub oldu

24 Oktyabr 2026 01:24
108
Azərbaycan millisi Maltaya məğlub oldu

Futbol üzrə 15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Maltada təşkil olunan UEFA İnkişaf Turnirində növbəti matçına çıxıb.

İdman.Biz xəbər verir ki, yığmamız ikinci qarşılaşmasında meydan sahibləri ilə üz-üzə gəlib. Görüş Malta millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan millisi turnirdə son oyununu oktyabrın 26-da Litvaya qarşı keçirəcək. “Sentinari” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.

İdman.Biz