“Mançester Yunayted” tarixinin ən zəifi - Ruben Amorim

Xəbərlər
15 Sentyabr 2025 09:21
43
“Mançester Yunayted” tarixinin ən zəifi - Ruben Amorim

“Mançester Yunayted” Ruben Amorimin rəhbərliyi altında uğursuz çıxışlarını davam etdirir.

İdman.biz xəbər verir ki, bazar günü keçirilən derbidə “qırmızı şeytanlar” “Mançester Siti”yə 0:3 hesabı ilə uduzub.

“Sky Sports”un məlumatına görə, Amorim klubun 1940-cı illərdən bəri bütün baş məşqçiləri arasında ən aşağı qələbə faizinə sahibdir. Onun rəhbərliyi altında komanda oyunların cəmi 36,17 faizində qalib gələ bilib.

Statistikada birinci yeri Aleks Ferqyuson (59,67 faiz) tutur. İlk üçlüyə həmçinin Joze Mourinyu (58,33 faiz) və Erik ten Haq (54,69 faiz) daxildir.

Qeyd edək ki, Ruben Amorim ötən ilin noyabrında Erik ten Haqı əvəzləyərək “Mançester Yunayted”in sükanı arxasına keçmişdi.

İdman.biz