“İmişli” hələ də günahkarı axtarır: “Həmin adam cəzalanacaq”

Xəbərlər
14 Sentyabr 2025 16:48
56
“İmişli” hələ də günahkarı axtarır: “Həmin adam cəzalanacaq”

“Hazırda məsələni araşdırırıq, necə baş verdiyini, nədən qaynaqlandığını öyrənirik. Tam dəqiq araşdırdıqdan sonra bu barədə məlumat verə bilərik”.

İdman.biz xəbər verir ki, bu sözləri Futbolinfo.az-a açıqlamasında “İmişli”nin mətbuat xidmətinin rəhbəri Leyla Behbudlu deyib.

Klub rəsmisi Misli Premyer Liqasının IV turunda “Sumqayıt”la matçın 67-ci dəqiqəsində İbrahim Əliyevin adı iştirak ərizəsinə daxil edilmədən meydana buraxılmasına görə məsuliyyət daşıyan şəxsi hansı cəzanın gözlədiyi barədə suala cavab verib: “Təbii ki, bu qayda pozuntusuna görə cəza olacaq. Hər kimdirsə, kimliyindən asılı olmayaraq cəzalandırılacaq. Amma bu cəzanın hansı formada olacağını rəhbərlik müəyyən edəcək”.

Qeyd edək ki, "Sumqayıt"la qarşılaşmada “İmişli” 1:0 hesablı qələbə qazanıb.

İdman.biz