Tyaqo Silva: "Qarabağ"ın qapısı önündə bu qədər qol fürsəti yaratdığımız oyun xatırlamıram"

Xəbərlər
14 Sentyabr 2025 17:07
37
Tyaqo Silva: "Qarabağ"ın qapısı önündə bu qədər qol fürsəti yaratdığımız oyun xatırlamıram"

"Qarabağ"a qarşı matçımız çox gərgin oldu. Mən bu görüşü Azərbaycan çempionatının iki ən yaxşı komandasının oyunu adlandırardım. Biz artıq oyundan qabaq bilirdik ki, “Qarabağ” topla necə təhlükəlidir. Düşünürəm ki, 90 dəqiqə ərzində müdafiə planında çox yaxşı iş gördük. Qol vurmağı da bacardıq. "Qarabağ"ın qapısı qarşısında bu qədər qol fürsəti yaratdığımız oyun xatırlamıram. İkinci qolu da vura bilərdik. Sadəcə yararlanmaq alınmadı. Komanda adına çox sevinirəm, nəticədən məmnunuq".

İdman.biz xəbər verir ki, bu sözləri Sportal.az saytına açıqlamasında "Zirə"nin qolkiperi Tyaqo Silva deyib.

O, komandasının Misli Premyer Liqasının 4-cü turunun "Qarabağ"la(1:1) görüşü barədə fikirlərini bildirib. Portuqaliyalı qapıçı bu mövsüm ölkə çempionatındakı rəqabətin yüksək səviyyədə gedəcəyini də söyləyib: "Çempionat gərgin keçir. Hazırda ötən mövsümlə müqayisədə, komanda sayı da fərqlidir, daha çox komanda var. Legioner limiti ləğv edildiyinə görə, baş məşqçilərə istədiyi legioner futbolçuları komandaya dəvət etmək üçün yaxşı şərait yaradır. Bütün sadaladığım amilləri nəzərə alsaq, çempionat daha gərgin məcrada keçəcək. “Qarabağ”la matçda göstərdi ki, bu mövsüm liqanı mümkün qədər yuxarı pillələrdə tamamlayaq potensialdayıq".

İdman.biz