Rüfət Abbasov “Nansi”nin hədəfində

Xəbərlər
12 Sentyabr 2025 10:04
56
Rüfət Abbasov “Nansi”nin hədəfində

“Şamaxı”nın müdafiəçisi Rüfət Abbasovun legioner həyatı yaşamaq istəyinin üstündən birdəfəlik xətt çəkilməyib.

İdman.biz Futbolinfo.az-a istinadən xəbər verir ki, U-21 millimizin üzvü ən geci cari mövsümün sonunda Avropa ölkələrindən birinə yollana bilər.

20 yaşlı sol cinah müdafiəçisinin bu yay bir neçə variantı olsa da, o, sonda “Şamaxı”da qalmağı üstün tutub. Lakin Abbasov müəyyən təcrübə topladıqdan sonra legioner həyatı yaşamağın əleyhinə deyil. 3 fərqli ölkənin klubu isə Rüfətin çıxışını izləməkdə davam edəcək.

Belə ki, Norveçin “Sarpsborq”, Fransanın “Nansi” və Almaniyanın “Karlsrue” klubları həmyerlimizi diqqət mərkəzində saxlayacaqlar. Futbolçu özünü yaxşı tərəfdən göstərəcəyi təqdirdə gələn yay azad agent kimi həmin komandalardan birinə keçə bilər. Çünki onun “Şamaxı” ilə müqavilə müddəti cari mövsümün sonuna qədərdir.

Qeyd edək ki, Rüfət Abbasov “Şamaxı”ya ötən il “Neftçi”dən keçib.

İdman.biz