"Əsəbiləşmədim. Hətta mənə gülməli gəldi. Onlar bu tədbiri müxtəlif yollarla ləkələməyə çalışırlar".
İdman.biz xəbər verir ki, bunu "Barselona" və İspaniya millisinin 18 yaşlı hücumçusu Lamin Yamal doğum günü ilə bağlı yaranan qalmaqaladan danışarkən deyib.
O, gəzən söz-söhbətlərin əsassız olduğunu vurğulayıb: "Bir qadın dedi ki, mən bu və ya digər şəkildə qızları seçmişəm, guya sonra orada işləyən ofisiantlarla nələrsə olub. Hamısı yalandır".
Qeyd edək ki, daha əvvəl Yamalın doğum gününə cırtdanlıqdan əziyyət çəkən insanların gətirildiyi bildirilirdi.
İdman.biz