“Real Madrid”in müdafiəçisi Trent Aleksander-Arnoldun gələn yay klubu tərk edə biləcəyi iddia olunur.
İdman.Biz “Teamtalk”a istinadla xəbər verir ki, “Liverpul” sabiq futbolçusunu geri qaytarmaqda maraqlıdır. “Arsenal”, “Çelsi” və “Mançester Siti” də 28 yaşlı müdafiəçinin vəziyyətini izləyir.
Aleksander-Arnold “Real Madrid”də müntəzəm oynamaq imkanı qazanmaqda çətinlik çəkir. Bununla belə, onun İspaniya klubundan ayrılmaq barədə yekun qərar verdiyi bildirilmir.
Digər tərəfdən, “CaughtOffside” nəşri “Çelsi”nin də futbolçu ilə maraqlandığını yazıb. Xabi Alonsonun Trent Aleksander-Arnoldu London klubunda görmək istədiyi iddia olunur.
Qeyd edək ki, Aleksander-Arnold 2025-ci ilin yayında “Liverpul”dan “Real Madrid”ə keçib.
