Antonio Konte İngiltərənin “Mançester Yunayted” futbol klubunun baş məşqçi postuna əsas namizədlərdən biri kimi nəzərdən keçirilsə də, onun təyinatı sual altına düşüb.
İdman.Biz “The Sun” nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi italiyalı mütəxəssisin idarəçilik üslubunun komandanın strukturuna uyğun gəlmədiyini düşünür. Kontenin sərt yanaşmasının klub daxilində problemlərə səbəb ola biləcəyi də ehtimallar arasındadır.
57 yaşlı mütəxəssis karyerası ərzində “Çelsi”, “Tottenhem”, “İnter” və “Napoli” kimi klublara rəhbərlik edib. O, “Çelsi” ilə İngiltərə Premyer Liqasının, “İnter”lə isə İtaliya A Seriyasının qalibi olub.
Qeyd edək ki, “Mançester Yunayted”in baş məşqçi postu ilə bağlı yekun qərarı açıqlanmayıb.
