Azərbaycanın Birinci Liqa təmsilçisi “Mingəçevir” sözügedən çempionatın altıncı turu çərçivəsində dünən keçirilən matçda “Xankəndi”ni məğlub edərək bu mövsüm ilk qələbəsini qazandı.
İdman.Biz fanat.az-a istinadən xəbər verir ki, oyundan əvvəl bölgə klubunun rəhbərliyi bu yay “işıqçılar”ı himəyəsinə götürən iş adamları ilə tərəfdaşlığa son qoyub.
Ötən mövsümün sonunda “işıqçılar”ın icraçı-direkoru postundan ayrılan Vüqar Hüseynzadə isə bölgə təmsilçisinə qayıdıb. O, 2025/2026-dan qalan borcun hissəli şəkildə ödənilməsi ilə bağlı yaranan çətinliklərin aradan qaldırılacağını və vəziyyətin sabitləşəcəyini bildirib. Hüseynzadənin gəlişindən sonra futbolçulara da bundan sonra maaşlarını vaxtında alacağı ilə bağlı vəd verilib.
Əvvəlki investorların komandaya gətirdiyi baş məşqçi Elman Sultanova gəlincə, onun da postundan ayrılması mümkündür. Sultanovun aqibətinin necə olacağı yaxın vaxtlarda dəqiqləşəcək.
