"Benfika" - "Qarabağ" matçı ona əmanət

Xəbərlər
11 Sentyabr 2025 11:34
79
"Benfika" - "Qarabağ" matçı ona əmanət

UEFA Gənclər Liqasının əsas mərhələsində "Qarabağ"ın U-19 komandasının səfərdə "Benfika"ya qarşı keçirəcəyi oyunun təyinatları açıqlanıb.

İdman.biz xəbər verir ki, görüş Şimali İrlandiyadan olan FİFA referisi Ceymi Robinsona həvalə edilib.

Yan xətt hakimləri Adam Ceffri və Brayan Uilson olacaq. Dördüncü hakim funksiyasını portuqaliyalı Dioqu Roza yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 16-da baş tutacaq matç Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

İdman.biz