"Qarabağ" klubu Ramil Şeydayevlə maraqlanması ilə bağlı yayılan iddialara münasibət bildirib.
İdman.biz xəbər verir ki, bu barədə "Report"a Azərbaycan çempionunun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev açıqlama verib.
"Hələlik bizdə belə informasiya yoxdur. Transferlə bağlı yenilik olsa, ictimaiyyətə məlumat veriləcək", - deyə klub rəsmisi bildirib.
Qeyd edək ki, Ramil Şeydayev 2017/2018 mövsümündə və 2021-2023-cü illər aralığında Ağdam klubunun formasını geyinib. "Neftçi" ötən gün 29 yaşlı hücumçu ilə yollarını qarşılıqlı razılıq əsasında ayırdığını açıqlayıb.
*****
09:47
"Qarabağ"da sürpriz transfer gerçəkləşib.
İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Ramil Şeydayevlə razılığa gəlib.
"Neftçi" ilə qarşılıqlı razılıq əsasında yollarını ayıran hücumçu 2 illik fasilədən sonra yenidən "köhlən atlar"ın heyətinə qayıdıb.
29 yaşlı futbolçu daha əvvəl 2017-2018 və 2021-2023-cü illərdə "Qarabağ"da forma geyinib.
Şeydayev peşəkar karyerası ərzində "Zenit" (Rusiya), "Trabzonspor" (Türkiyə), "Jilina" (Slovakiya), "Krılya Sovetov" (Rusiya), "Dinamo" (Moskva, Rusiya) və "Buriram Yunayted"də (Tayland) çıxış edib.
İdman.biz