“Liverpul” tarixinin ikinci ən bahalı transferinə hazırlaşır

14 Avqust 2026 14:53
183
“Liverpul” tarixinin ikinci ən bahalı transferinə hazırlaşır

İngiltərənin “Liverpul” futbol klubu PSJ-nin hücumçusu Bredli Barkolanı transfer etməyə yaxındır.

İdman.Biz xəbər verir ki, “Mersisayd” klubu 23 yaşlı fransalı futbolçunun keçidi ilə bağlı PSJ ilə danışıqlarda irəliləyiş əldə edib.

Tərəflərin 125 milyon avroluq transfer məbləği ilə bağlı razılığa yaxın olduğu bildirilir.

Nikolyo Skiranın məlumatına görə, Barkola ilə də müqavilənin şərtləri razılaşdırılıb.

Futbolçunun “Liverpul”la 2032-ci ilədək müqavilə imzalaması gözlənilir.

Transfer baş tutarsa, Barkola klub tarixində ən bahalı ikinci transfer olacaq. Fransalı futbolçu 125 milyon avroya transfer olunan Florian Virtzlə bu göstəricidə eyni pillədə qərarlaşacaq.

“Liverpul” tarixinin ən bahalı transferi isə Aleksander İsakdır. İngiltərə klubu isveçli hücumçunu “Nyukasl”dan təxminən 145 milyon avroya transfer edib.

Qeyd edək ki, daha əvvəl PSJ-nin Barkolanın satışından 150 milyon avrodan çox gəlir əldə etmək istədiyi bildirilirdi. Fransalı futbolçunun isə “Enfild”ə keçməkdə maraqlı olduğu və şəxsi müqavilə şərtlərinə şifahi razılıq verdiyi qeyd olunur.

İdman.Biz