Azərbaycan 1-ci liqasında çıxış edən “Mingəçevir”in adı və loqosu dəyişib.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klub bundan sonra “ASTA Mingəçevir” adlanacaq.
Qeyd edək ki, 1-ci liqaya sentyabrın 11-də start veriləcək. "ASTA Mingəçevir" ilk oyununu sentyabrın 12-də səfərdə "Səbail"ə qarşı keçirəcək.
İdman.biz