Ukrayna millisinin baş məşqçisi: "Zəif oynadıq və xal itirdik"

Xəbərlər
9 Sentyabr 2025 22:28
63
Ukrayna millisinin baş məşqçisi: "Zəif oynadıq və xal itirdik"

Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla keçirilən oyunun nəticəsini şərh edib.

İdman.biz xəbər verir ki, Bakıda keçirilən görüş heç-heçə başa çatıb - 1:1.

"Əvvəldən demişdim ki, zəif rəqib yoxdur. Bundan əlavə, meydançanın vəziyyəti arzuolunan dərəcədə deyildi. Yaxşı oyun göstərə bilmədik və buna görə də xal itirdik. Azərbaycan millisi əks-hücumlara bel bağlayırdı. Oyun istədiyimiz kimi olmadı. Bu gün 1:0 hesabı ilə qalib gəlsəydik belə, oyun tərzi bizim xoşumuza gəlməyəcəkdi.", - Rebrov mətbuat konfransında deyib.

Bu görüşün nəticəsinə uyğun olaraq, hər iki komanda seçmələrdə ilk xalını qazanıb.

İdman.biz