“Azərbaycan – Ukrayna oyununa televizorda baxacam. Məncə, maraqlı oyun olacaq”
İdman.biz xəbər verir ki, bunu Futbolinfo.az-a açıqlamasında “Şamaxı”nın sabiq ukraynalı futbolçusu Vladislav Veremeyev deyib.
O, bu gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan – Ukrayna oyunundan danışıb: “Məmuniyyətlə, bu oyunu izləyəcəm. Çox maraqlı qarşılaşma olacaq. Ukrayna matçın favoriti sayıla bilər. Amma Azərbaycan da pis komanda deyil. Hər iki milli qələbə qazanmaq istəyir. Fikrimcə, yaxşı oyun olacaq. Azarkeşlər matçdan zövq alacaqlar”.
Qeyd edək ki, Azərbaycan – Ukrayna görüşü bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.
İdman.biz