Canni İnfantino İranın DÇ-2026-da iştirakına zəmanət verib

Xəbərlər
9 Sentyabr 2025 20:14
43
Canni İnfantino İranın DÇ-2026-da iştirakına zəmanət verib

2025-ci il Asiya Millətlər Kubokunda Özbəkistan və İran arasında keçirilən final oyunundan sonra FİFA prezidenti Canni İnfantino iranlı futbolçuların paltardəyişmə otağına daxil olaraq onlara müraciət edib.

İdman.biz bildirir ki, oyun 1:0 Özbəkistan millisinin xeyrinə başa çatıb.

"İran millisi bu gün meydanda çox yüksək səviyyədə oynadı. Bununla çox fəxr edə bilərsiniz.

Mən indi sizə əminliklə deyə bilərəm - İran millisi 2026-cı il dünya çempionatında iştirak edəcək! Beləliklə, ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına xoş gəlmisiniz!”, – FİFA prezidenti qeyd edib.

O, yenidən futbolçulara müraciət edərək deyib: "Ölkənizə və ailənizə qürur gətirməklə dünya çempionatındakı yerinizi qazandınız. 80 milyon iranlını sevindirdiniz. İranlı oyunçulardan biri 1998-ci il dünya çempionatından olan formasını mənə hədiyyə etdi, bu, indi də məndədir və mənim üçün əzizdir.

Qətərdəki dünya çempionatını xatırlayıram, İranla Uels oyunu inanılmaz və heyrətamiz bir matç idi. Bu, futbol hissidir və bütün stadion ayağa qalxıb alqışladı. Biz dünyanı birləşdirməliyik. Çox yaxşı oynadınız, güclü komandanız var. Futbolda qələbələr də, məğlubiyyətlər də olur və siz həqiqətən güclüsünüz və özünüzlə fəxr etməlisiniz”.

İnfantinonun bu sözləri İran millisinin üzvləri tərəfindən alqışlarla qarşılanıb.

Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Trampın ABŞ və İran arasında siyasi mübahisələrə görə iranlıların dünya çempionatında iştirak etmək üçün Amerikaya gəlməsinin əleyhinə çıxış etdiyi barədə məlumatlar yayılıb.

İdman.biz