Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün “Slovenia Nations Cup” yoldaşlıq turnirində üçüncü oyununa çıxıb.
İdman.biz xəbər verir ki, Elxan Abdullayevin baş məşqçisi olduğu komanda sonuncu matçında Polşanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.
“Çatej” stadionunda keçirilən görüş rəqibin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, millimiz ilk iki görüşdə İslandiya və Farer adaları yığmaları üzərində 2:1 hesablı qələbə qazanıb.
İdman.biz