Özbəkistan millisindən daha bir tarixi uğur

Xəbərlər
8 Sentyabr 2025 22:16
117
Özbəkistan millisindən daha bir tarixi uğur

Özbəkistan və İran millilərinin qarşılaşdığı Mərkəzi Asiya Millətlər Kubokunun final oyunu başa çatıb.

İdman.biz bildirir ki, komandalar Daşkənddəki "Olimpiya" stadionunda qarşılaşıblar.

Özbəkistan komandası 120-ci dəqiqədə Hociəkbər Əliconovun qolu ilə qələbə qazanıb - 1:0.

Matçın 5-ci dəqiqəsində iranlı müdafiəçi Aria Yusifi qırmızı vərəqə alaraq meydanı tərk edib. 105-ci dəqiqədə isə özbəkistanlı Eldor Şomurodov penaltidən fərqlənə bilməyib.

Yarışda üçüncü yeri Hindistan millisi tutub.

Xatırladaq ki, bundan əvvəl Özbəkistan millisi tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazanıb.

İdman.biz