Didye Droqbanı bu əfsanə əvəz edəcək

Xəbərlər
8 Sentyabr 2025 22:25
32
Didye Droqbanı bu əfsanə əvəz edəcək

Didye Droqba bu il “Qızıl top” mərasiminin aparıcısı olmayacaq.

İdman.biz bu barədə "L'Équipe" istinadən xəbər verir.

Onun əvəzində mərasimi "Milan"ın və Niderland millisinin keçmiş futbolçu Ruud Qullit aparacaq.

İtaliya Futbol Şöhrət Zalının üzvü və 1987-ci ilin "Qızıl top"unun sahibi Qullitə bu işdə jurnalist Keyt Skott kömək edəcək.

Fransızdilli britaniyalı jurnalist ABŞ-ın "CBS Sports" kanalında Tyerri Anri ilə birlikdə Çempionlar Liqası proqramını aparır.

İdman.biz