Afrikanın daha bir millisi dünya çempionatına vəsiqə qazanıb

Xəbərlər
8 Sentyabr 2025 20:08
46
Afrikanın daha bir millisi dünya çempionatına vəsiqə qazanıb

Tunis millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ekvatorial Qvineyaya 1:0 hesabı ilə qalib gələrək, vaxtından əvvəl turnirin final mərhələsinə vəsiqəni təmin edib.

İdman.biz bildirir ki, ikinci hissəyə əlavə olunmuş vaxtın 5-ci dəqiqəsində qələbə qolunu Məhəmməd Əli Ben-Ramzan vurub.

Səkkiz turdan sonra Tunis 22 xalla H qrupuna başçılıq edir və birinci yeri təmin edib. İkinci yerdə olan Namibiyanın 12 xalı və qarşıda üç oyunu var. 10 xalı olan Ekvatorial Qvineya dördüncü yerdədir.

Tunis millisi üçün bu, mundialın final mərhələsinə ardıcıl üçüncü və tarixində yeddinci dəfə yüksəlmə olacaq.

İdman.biz