Aleksandr Zinçenko: "Hər şeyi sabahkı oyun göstərəcək"

Xəbərlər
8 Sentyabr 2025 18:39
50
Aleksandr Zinçenko: "Hər şeyi sabahkı oyun göstərəcək"

"Heç kimdən güclü olduğumuzu düşünmürük. Necə hazırlaşdığımızı sabahkı oyun göstərəcək".

İdman.biz xəbər verir ki, bunu Ukrayna millisinin futbolçusu Andrey Zinçeko Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri 2026-cı il dünya çempionatının seçmə qrup matçından əvvəl mətbuat konfransında deyib.

29 yaşlı yarımmüdafiəçi qarşılaşmadan öncə heç bir söz verə bilmədiklərini söyləyib. O, hər hansı mövqedə oynamasının özü üçün fərqinin olmadığını bildirib: “Bu suala cavab verməkdən yorulmuşam. Bizim baş məşqçimiz harada desə, biz orada oynayacağıq".

Qeyd edək ki, sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Ukrayna matçı saat 20:00-da başlanacaq.

İdman.biz