Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

Xəbərlər
8 Sentyabr 2025 23:28
40
Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

Bu gün DÇ-2026-nın seçmə oyunlarından əlavə futbol üzrə bir yoldaşlıq görüşü də keçirilib.

İdman.biz xəbər verir ki, Çexiya millisi Səudiyyə Ərəbistanını qəbul edib.

Oyunda hesabı çexlər açıblar 21-ci dəqiqədə Tomaş Çorı penaltidən fərqlənib - 1:0.

Görüşün artırılmış birinci dəqiqəsində isə Əlhamddan cavab topunu vurub - 1:1. Oyun bu hesabla başa çatıb.

İdman.biz